
BAKI, 8 aprel. TELEQRAF
Bu ilin yanvar-fevral aylarında Azərbaycanın Kanada ilə ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 43,7 dəfə artaraq 93,6 milyon dolları üstələyib.
Teleqraf Dövlət Gömrük Komitəsinin hesabatına əsasən xəbər verir ki, Kanadaya ixrac 409,8 min dollar (2 dəfə artım), Kanadadan Azərbaycana idxal isə 93,2 milyon dollar (48,1 dəfə artım) olub.
Cari ilin ilk iki ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Kanada ilə ticarətin payı 1% təşkil edib.