
BAKI, 8 aprel. TELEQRAF
Bakının Qaradağ rayonunda qətl hadisəsi törədilib.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə aprelin 7-də, saat 20 radələrində rayonun Sahil qəsəbəsinin ərazisində qeydə alınıb.
Bakı şəhər sakini, 1998-ci il təvəllüdlü Nail İltifat oğlu Həsənov bıçaqlanaraq öldürülüb. Onu bıçaqlayan şəxsin xalası oğlu, 1986-cı il təvəllüdlü Hüseyn Əvəz oğlu Şirinov olması müəyyən edilib.
Faktla bağlı Qaradağ rayon Prokuroruğunda cinayət işi açılıb.
Qeyd edək ki, aprelin 7-də günorta saatlarında paytaxtın Suraxanı rayonunda da qətl hadisəsi baş verib. 39 yaşı qadın əri tərəfindən qətlə yetirilib.