
BAKI, 8 aprel. TELEQRAF
Aprelin 10-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyaları ödəniləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondundan Teleqraf-a verilən məlumata görə, müvafiq bölgələr üzrə pensiyaların ödənişi nəzərdə tutulan qrafik əsasında həyata keçiriləcək.
Bildirilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da aprel ayında əvvəlcədən müəyyən olunmuş qrafik üzrə ödəniləcək.
Qeyd edək ki, pensiyaların digər bölgələr üzrə ödənişi növbəti günlərdə mərhələli şəkildə həyata keçiriləcək.