​BAKI, 8 aprel. TELEQRAF

2024-cü ildə keçirilən bütün imtahanların statistikasına nəzər saldıqda markerlər ümumilikdə 7,5 milyondan çox qiymətləndirmə həyata keçiriblər.

Teleqraf xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Bacarıqların, vərdişlərin qiymətləndirilməsi və markerlərlə iş şöbəsinin müdiri Aydın Qasımov yazı işlərinin qiymətləndirilməsi texnologiyası haqqında çıxışı zamanı deyib.

O bildirib ki, onlara 1 milyon manatdan çox əmək haqqı ödənilib.