
TBİLİSİ, 8 aprel. TELEQRAF
Gürcüstanda narkotik cinayətlərində ittiham olunan iki nəfər saxlanılıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.
Saxlanılan şəxslərdən biri 1976-cı il təvəllüdlü A. H. adlı Azərbaycan vətəndaşıdır. 1968-ci il təvəllüdlü digər şəxs isə narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə əvvəllər məhkum olunub.
Onların üzərilərinə və yaşayış evlərində aparılmış axtarışlar nəticəsində narkotik vasitə olan “metadon”, “suboteks” və “heroin” götürülüb, elektron tərəzilər maddi sübut kimi müsadirə edilib.
Faktla bağlı istintaq tədbirləri davam etdirilir. Saxlanılanları 20 ilədək və yaxud ömürlük azadlıqdan məhrum etmə cəzası gözləyir.