
BAKI, 8 aprel. TELEQRAF
Bakının Sabunçu rayonuda intihar hadisəsi baş verib.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə aprelin 7-də, saat 18 radələrində Maştağa qəsəbəsinin ərazisində yerləşən 9 saylı uşaq bağçasında qeydə alınıb.
Qazanxanada fəhlə işləyən Maştağa qəsəbə sakini, 1981-ci il təvəllüdlü Cəlal Yusif oğlu Musayev orada özünü asıb.
Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.