.jpg)
BAKI, 8 aprel. TELEQRAF
“Elmdə maliyyələşmə olduqca vacibdir. Ölkə üzrə bütün elmi xərcləri böldükdə bir elmi məqalə təxminən 35 min manata başa gəlir”.
Teleqraf verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) keçirilən “Elm Festivalı”nda çıxışı zamanı deyib.
O qeyd edib ki, akademik fəaliyyətin qiymətləndirilməsi olduqca vacibdir: “Bu fəaliyyət ölçülə bilən olmalıdır. Status məsələsindən çıxıb, fəaliyyətə istiqamətlənmək lazımdır. Bizim nazirlik olaraq, fikrimiz budur ki, tədricən irəliləmək lazımdır”.