BAKI, 8 aprel. TELEQRAF

Hazırda Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən "Qızıl top"un beşqat sahibi Kriştianu Ronaldu müasir futbolun ən yaxşı 3 oyunçusunun adlarını açıqlayıb.

Teleqraf xəbər verir ki, portuqaliyalı hücumçu özünü, Leonel Messini və Zinəddin Zidanı "3-lüy"ə daxil edib.

Bu mövsüm Ronaldu "Əl-Nəsr"in heyətində bütün turnirlərdə 33 oyuna 28 qol və 4 məhsuldar ötürmə müəllifi olub. Onun klubla müqaviləsi 2025-ci ilin yayınadəkdir.

Messi ABŞ-ın "İnter Mayami" klubunda çıxış edir, Zidan isə futbolçu karyerasını başa vurub.