Bakı, 8 aprel. TELEQRAF

“Mili mənəvi dəyərləri və xalqın milli kimliyini qorumaq üçün müdrik siyasət həyata keçirilir”.

Teleqraf xəbər verir ki, bunu AMEA-nın prezidenti İsa Həbibbəyli deyib.

“Milli elmi elitanın gücləndirilməsi vacibdir. Texniki elmlər, süni intellekt, rəqəmsallıq sürətlə inkişaf edir. Bu, dünya üçün çox yaxşıdır. Lakin digər elmləri də gözardı etmək olmaz. Humanitar elmlər də inkişaf etməlidir. Hazırda humanitar elmlərlə əlaqəli olan genetik mühəndislik dünyada aktualdır. Belə sahələr çox faydalıdır, onların inkişafına təkan vermək lazımdır”,- İsa Həbibbəyli vurğulayıb.