
BAKI, 8 aprel. TELEQRAF
Qadın futbolçulardan ibarət Azərbaycan yığması bu gün UEFA Millətlər Liqasında üçüncü oyununu keçirəcək.
Teleqraf xəbər verir ki, C Liqasının 4-cü qrupunda yer alan milli Nikşiçdə Monteneqro yığmasının qonağı olacaq.
Nikşiç şəhər stadionunda təşkil olunacaq qarşılaşmanı Andorradan olan hakimlər briqadası idarə edəcək.
Bakı vaxtı ilə saat 20:00-da başlayacaq görüş "CBC Sport" kanalı vasitəsilə canlı yayımlanacaq.
Hazırda hər iki komanda hərəyə 4 xalla turnir cədvəlinin ilk iki pilləsini bölüşür.
Ötən oyunda Litva üzərində 2:0 hesablı səfər qələbəsi qazanan Siyasət Əsgərovun baş məşqçi olduğu kollektiv bu görüşdən də qalib ayrılsa, vahid lider olacaq. Monteneqro ilə Bakıdakı qarşılaşmada qolsuz heç-heçə qeydə alınmışdı.
UEFA Millətlər Liqası
8 aprel
20:00. Monteneqro (Qadınlar) - Azərbaycan (Qadınlar)
Baş hakim: Marta San Juan
Baş hakimin köməkçiləri: Carlos Gonçalves, Luis Acosta
Dördüncü hakim: Antoine Chiaramonti (Hakimlər briqadası Andorradandır)
Nikşiç şəhər stadionu.