
BAKI, 6 aprel. TELEQRAF
Futbol üzrə Türkiyə Super Liqasında XXX turun oyunları keçirilir.
Teleqraf xəbər verir ki, turun mərkəzi görüşündə "Fənərbağça" "Trabzonspor"u qəbul edib.
"Şükrü Saracoğlu" stadionunda baş tutan qarşılaşmada meydan sahibləri darmadağına sevinib - 4:1.
Qeyd edək ki, "Fənərbağça" 68 xalla turnir cədvəlinin ikinci, "Trabzonspor" isə 36 xalla 11-ci pilləsində qərarlaşıb.