.png)
BAKI, 7 aprel. TELEQRAF
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIX turun son oyun günündə "Neftçi" səfərdə "Şamaxı" ilə, "Sumqayıt" isə "Araz-Naxçıvan"la üz-üzə gələcək.
Teleqraf xəbər verir ki, ilk oyun Şamaxı şəhər stadionunda saat 15:30-da start götürəcək.
Görüşü baş hakim Fərid Hacıyev idarə edəcək. "Ağ-qaralar" 28 turdan sonra 32 xalla 6-cı, meydan sahibləri 28 xalla 8-ci pillədə qərarlaşıb.
Tura saat 18:00-da “Liv Bona Dea Arena”da start götürəcək "Araz-Naxçıvan" - "Sumqayıt" görüşü ilə yekun vurulacaq. Naxçıvan komandası 48 xalla 3-cü, "kimyaçılar" isə 29 xalla 7-ci pillədədir.
Azərbaycan Premyer Liqası
XXIX tur
15:30. “Şamaxı” – “Neftçi”
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Əli Əliyev.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Şamaxı şəhər stadionu
18:00. “Araz-Naxçıvan”– “Sumqayıt”
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov.
VAR: Nicat İsmayıllı.
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
“Liv Bona Dea Arena”
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Səbail" evdə "Turan Tovuz"la qolsuz heç-heçə edib, "Kəpəz" səfərdə "Sabah"ı, "Qarabağ" evdə "Zirə"ni 1:0 hesablı məğlubiyyətə imza atıb.