BAKI. 29 mart. TELEQRAF

Azərbaycan millisinin futbolçusu Coşqun Diniyev Türkiyənin "Çorum" komandasının heyətində Türkiyə I Liqasında növbəti oyununu keçirib.

Teleqraf xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçinin klubu XXXI turda "Pendikspor"un qonağı olub.

Görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. İlk yarıda "Çorum" 2:0 hesabı ilə öndə olub. Diniyev meydana 46-cı dəqiqədə daxil olub. Bundan sonra "Pendikspor" 2 top vuraraq, bərabərliyə nail olub.

Bu nəticədən sonra xalını 46-ya çatdıran "Çorum" 7-ci pilləyə yüksəlib.