BAKI, 31 mart. TELEQRAF

“Real Madrid”in hücumçusu Kilian Mbappe klubunda xoşbəxt olub-olmaması ilə bağlı suala cavab verib.

Teleqraf “La Sexta” nəşrinə istinadən xəbər verir ki, fransalı futbolçu “Kral klubu”nda özünü xoşbəxt hesab edir.

Mbappe bildirib: "Xoşbəxtəmmi? Düşünürəm ki, sifətimə baxanda bunu görmək olar. Bəli, çox xoşbəxtəm".

Fransız forvard “Real”ın digər klublardan fərqli olduğunu da açıqlayıb: “Real” dünyanın ən yaxşı klubudur. Bura digər klublarda olmayan auraya malikdir”.

Yada salaq ki, ötən il PSJ-dən transfer olunan Mbappe “Real Madrid”lə 2029-cu ilə qədər müqavilə imzalayıb.