
BAKI, 31 mart. TELEQRAF
İrəvanın mərkəzindən video çəkmiş türkiyəli bloger Ogün Özdəmir barədə Ermənistanda cinayət işi başladılıb.
Teleqraf yerli saytlara istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan açılaqama yayıb.
O.Özdəmir İrəvanın mərkəzindən çəkdiyi videoda Azərbaycan xalqının Novruz bayramını təbrik edib və qərbi azərbaycanlılara salam deyib. Sonra o, "Qarabağ" adlı məşhur Azərbaycan mahnısını oxuyub.