
BAKI, 1 aprel. TELEQRAF
ABŞ-nin Cənubi Karolina ştatında "Bloomberg"-in rəhbərinin, onun həyat yoldaşının və doqquz yaşlı qızının meyitləri öz evlərindən tapılıb.
Teleqraf xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.
Hadisə Cənubi Karolinanın qərbində, Qrir şəhərində baş verib.
Qonşusu ailənin qəfil görünməməsindən narahat olub və polisə müraciət edib.
Evə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları üç nəfərin meyitini aşkar ediblər: 54 yaşlı Riçard Samarel , 45 yaşlı Lina Mariya Samarel və onların doqquz yaşlı qızı Samanta Samarel.
Hadisənin səbəbləri, orada cinayət tərkibinin olub-olmaması hələlik bəlli deyil.
Polis əlavə edib ki, ailənin kiçik üzvü sağ qalıb və o, böyük ehtimalla, faciə zamanı məktəbdə olub.
Hüquq-mühafizə orqanları məsələ ilə bağlı araşdırmalar aparır.