BAKI, 1 aprel. TELEQRAF

ABŞ administrasiyası Ukraynada müvəqqəti idarəetmənin tətbiqinin əleyhinədir.

Teleqraf xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Brüs deyib.

Onun sözlərinə görə, Vaşinqton Ukrayna probleminin həllini Moskva ilə Kiyev arasında tam atəşkəsə nail olmaqda görür və münaqişənin danışıqlar yolu ilə nizamlanmasının tərəfdarıdır: “Ukrayna (...) konstitusion demokratik ölkədiır: “Ukraynada idarəetmə onun konstitusiyası və Ukrayna xalqı tərəfindən müəyyən edilir”, - o vurğulayıb.

Brüs əlavə edib ki, ABŞ Rusiya və Ukraynanı danışıqlar masasına oturtmaq üçün işi davam etdirmək niyyətindədir.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynada BMT və bir sıra ölkələrin himayəsi altında müvəqqəti idarəetmənin tətbiqi təklif edib.