BAKI, 31 mart. TELEQRAF

Avropa İttifaqının xarici işlər nazirləri Ukraynada atəşkəs danışıqlarının başa çatması üçün yekun tarixi təyin etməyi təklif ediblər.

Teleqraf xəbər verir ki, bu barədə Polşanın Xarici işlər naziri Radoslav Sikorski mediaya bildirib.

R.Sikorski qeyd edib ki, avropalı siyasətçilər Rusiya Federasiyası ilə hərbi əməliyyatların dayandırılması ilə bağlı danışıqların yekunlaşdırılması üçün konkret tarix təyin etməyi olduqca vacib hesab edirlər.

O, həmçinin Rusiyanın artıq ABŞ-dan müəyyən vədlər aldığını, Ukraynanın isə qeyd-şərtsiz atəşkəs təkliflərinə razılıq verdiyini bildirib və əbədi gözləməyin mümkün olmadığını vurğulayıb.