
BAKI, 30 mart. TELEQRAF
“Beşiktaş”ın gənc futbolçusu Enes Çinemre Almaniyanın “Bavariya” klubunun maraq dairəsinə düşüb.
Teleqraf Türkiyə mətbuatına istinadən xəbər verir ki, istedadlı futbolçu yığmanın (U-18) heyətində Xorvatiyada keçirilən turnirdə Münhen təmsilçilərinin diqqətini çəkib.
“Beşiktaş”lı oyunçunun Səudiyyə Ərəbistanı və Rumıniya ilə matçlarda uğurlu çıxışı Bundesliqa komandasının skautlarının gözündən yayınmayıb.