BAKI, 30 mart. TELEQRAF

"Birinci hissədə yaxşı çıxış etdik".

Teleqraf xəbər verir ki, bunu "Şamaxı"nın məşqçisi Elnur Çodarov səfərdə "Zirə"yə 0:3 hesabı ilə məğlub olduqları Azərbaycan Premyer Liqasının XXVIII tur matçından sonra mətbuat konfransında deyib.

O, komandasında itkilərin olduğunu bildirib: "Çempionatın ən sərt, möhkəm komandasına qarşı oynayırdıq. Birinci hissədə yaxşı çıxış etdik. Amma ümumən götürsək, itkilərimiz var idi. Hücumçumuz Maykl Tuik son məşqdə zədələndi. Vladislav Veremeyev də 30-cu dəqiqədə xəsarət aldı, Leroy Mikels isə tam hazır deyildi. İkinci hissəyə yaxşı başlamadıq, iki sadə epizodda qol buraxdıq. Daha sonra dəyişiklik etmək istədik, amma alınmadı. 3-cü qolu isə əks-hücumda buraxdıq".

Çodarov Ayxan Abbasovun Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının təlim-məşq toplanışı zamanı "Şamaxı"nın məşqlərini video-formatla izlədiyini vurğulayıb: "Hər şey nəzarətdə idi. Ayxan müəllimin göstərişləri ilə məşqlər edirdik".