BAKI, 30 mart. TELEQRAF

Futbol üzrə İngiltərə Kubokunda 1/4 final mərhələsinin oyunları başa çatıb.

Teleqraf xəbər verir ki, “Aston Villa” səfərdə “Preston”u (3:0), “Mançester Siti” isə “Bornmut”u (2:1) məğlub edib.

Artıq turnirin yarımfinal cütləri müəyyənləşib:

“Nottingem Forest” – “Mançester Siti”

“Kristal Pelas” – “Aston Villa”

Qeyd edək ki, İngiltərə Kubokunun son qalibi “Mançester Yunayted”dir. “Qırmızı şeytanlar” finalda “Mançester Siti”yə 2:1 hesabı ilə qalib gəlmişdi.