
BAKI, 1 aprel. TELEQRAF
İranın BMT- dəki daimi nümayəndəsi Əmir Səid İrəvani təşkilatın Təhlükəsizlik Şurasına məktub göndərib.
Telerqraf dünya mətbuatına istinadən xəbər verir ki, o, ABŞ Prezidenti Donald Trampın Tehrana qarşı təhdidlərini pisləməyi tələb edib.
Sənəddə diplomat bildirib ki, Tramp administrasiyası “beynəlxalq normaları sistematik şəkildə pozur” və onun suveren dövlətlərə qarşı güc tətbiq etmək hədələri BMT-nin əsaslarını sarsıdır.
İrəvani vurğulayıb: "ABŞ BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi təşkilatın Nizamnaməsinə açıq şəkildə məhəl qoymur, hərbi gücdən siyasi məqsədlərə çatmaq üçün istifadə edir. Bu, təhlükəli presedent yaradır".
İranın daimi nümayəndəsi BMT Təhlükəsizlik Şurasını “Birmənalı şəkildə ABŞ-ın hərəkətlərini pisləməyə” və Vaşinqtondan beynəlxalq hüquqa riayət etməyi tələb etməyə çağırıb.