
BAKI, 31 mart. TELEQRAF
Polşanın Baş naziri Donald Tusk ABŞ Prezidenti Donald Trampı Avropa İttifaqı (Aİ) ölkələri ilə qarşıdurmadan və onların mallarına rüsum tətbiq etməkdən çəkinməyə çağırıb.
Teleqraf xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki səhifəsində yayımladığı videomüraciətdə bildirib.
D.Tusk deyib: "Daha güclü ABŞ-yə, daha güclü Avropa İttifaqına və daha güclü NATO-ya sahib olmaq bizim ümumi Avropa-Amerika maraqlarımıza uyğundur".
Tusk Tramp və ABŞ rəhbərliyini Avropa müttəfiqlərinə “tariflər tətbiq etməzdən əvvəl bu barədə düşünməyə” çağırıb. Siyasətçi əlavə edib ki, əməkdaşlıq həmişə qarşıdurmadan yaxşıdır.