
BAKI, 31 mart. TELEQRAF
Bu gün Xaçmaz rayonunun Qalağan, Canaxır kəndlərində açıq ərazidə və Quba rayonunun Küsnət kəndində mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verib.
Teleqraf xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğınlar küləkli hava şəraitinə baxmayaraq geniş sahələrə yayılmasına imkan verilmədən söndürülüb.