BAKI, 31 mart. TELEQRAF

İsrailin Baş naziri Binyamin Netanyahunun sözçüsü Eliezer Feldstein və müşaviri Conatan Uriç “Katargate” istintaqı ilə əlaqədar həbs edilib.

Teleqraf İsrailin "KAN" dövlət kanalına istinadən xəbər verir ki, həbs qərarı israilli iş adamı Gil Bilgerin Qətərdə işləyən ABŞ vətəndaşından Feldisteinə köçürmənin üzə çıxmasından sonra verilib.

"Katargate" istintaqı çərçivəsində həbs edilənlər "xarici agentlə əlaqə" və "çirkli pulların yuyulması" maddələri ilə ittiham olunurlar.
B.Netanyahu özü də prokurorluğa ifadə verməyə çağırılıb.