
BAKI, 1 aprel. TELEQRAF
“Son bir həftə ərzində Rusiya ordusunun 400-dən çox artilleriya sistemi, bu il isə 4 mindən artıq artilleriya qurğusu məhv edilib”.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski "Telegram" kanalında məlumat verib.
2024-cü ildə isə Rusiya ordusunun 13 064 artilleriya sistemi itirdiyi vurğulanır.
Həmçinin bildirilir ki, ötən il Ukrayna ordusu Rusiyanın 40 təyyarə, 5 helikopter, 5 gəmi/qayıq, 3691 tank, 1 ədəd müdafiə sistemi, 4490 PUA, 313 reaktiv yaylım atəş sistemini sıradan çıxarıb.
2024-cü ildə Rusiyanın canlı itkisinin təxminən 430 320 nəfər olduğu da vuğulanır.