
BAKI, 31 mart. TELEQRAF
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Paris məhkəməsinin Fransanın Milli Həmrəylik Partiyasının parlament fraksiyasının rəhbəri Marin Le Penə qarşı çıxardığı hökmü şərh edib.
Teleqraf xəbər verir ki, bu barədə D.Medvedev sosial şəbəkədəki şəxsi hesabında yazıb.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini vurğulayıb ki, bu qərarın əsas məqsədi 2027-ci ildə keçiriləcək prezident seçkilərinə qədər ölkənin ən böyük partiyalarından birinin liderini sıradan çıxarmaqdır.
O, Fransa xalqının Altıncı respublikanın yaradılması haqqında düşünməli olduğunu bildirib: “Sadə, iyrənc siyasət yoluna qədəm qoyan Beşinci Fransa Respublikası nəhayət ki, özünü gözdən saldı: “Bu ölkənin xalqı, görünür, Altıncı Respublika qurmaq haqqında düşünməlidir (mən heç nəyə eyham vurmuram)” .