BAKI, 31 mart. TELEQRAF

Türkiyəli Məsut Zengin və onun 14 yaşlı oğlu Furkan İsveçdə qəhrəman elan edilib.

Teleqraf “Anadolu” agentliyinə istinadən xəbər verir ki, konyalı kişi və yeniyetmə oğlu Skandinaviya ölkəsinin ən nüfuzlu qəzetlərinin manşetlərini bəzəyiblər.

Məlumata görə, paytaxt Stokholmda yaşayış binasında baş verən yanğında türklər əsl qəhrəmanlıq göstərərək, bir çox insanın həyatını xilas ediblər. Hadisə Zənginin yaşadığı binada baş verib.

Konyalı kişi qonşularını xilas edərkən tüstüdən zəhərlənərək huşunu itirib. İki gün xəstəxanada müalicə alan türk artıq evə buraxılıb.

Hadisə zamanı ölən və ciddi xəsarət alan olmayıb.