
BAKI, 30 mart. TELEQRAF
Azərbaycan millisinin futbolçusu Renat Dadaşov "Radomyak"ın heyətində Polşa Ekstraklasasında növbəti oyununu keçirib.
Teleqraf xəbər verir ki, 26 yaşlı hücumçunun komandası XXVI turda "Korona"nın qonağı olub.
Keltse şəhərindəki "Ekbud Arena"da təşkil olunmuş qarşılaşma "Radomyak"ın qələbəsi ilə yekunlaşıb - 3:1.
64-cü dəqiqədə meydana daxil olan Dadaşov cəmi 3 dəqiqə sonra sarı vərəqə alıb. 90+4-cü dəqiqədə isə o, komandasının sonuncu qolunun ötürməsini edib.
Bu qələbə sayəsində xalını 34-ə çatdıran "Radomyak" 9-cu pilləyə yüksəlib.
Qeyd edək ki, Renat Dadaşovun komanda yoldaşı Rahil Məmmədov matçın iştirak ərizəsində yer almayıb.