BAKI, 1 aprel. TELEQRAF

Haitinin mərkəzində yerləşən Mirebale şəhərinin mərkəzini ələ keçirmiş yerli quldurlar həbsxanadakı yüzlərlə məhbusu azad ediblər.

Teleqraf dünya mətbuatına istinadən xəbər verir ki, məhbusları həbsxanadan Haitinin "Viv Ansanm" (Birlikdə Yaşayaq) quldur dəstəsi azad edib.

Onların hücumundan sonra minlərlə sakin şəhəri tərk edib, qalanları isə gizlənməyə çalışırlar.

Cinayətkarlar şəhərin küçələrində atəş açırlar. Onlar yerli polis idarəsini yandırıblar.

Sakinlər Haiti hökumətini, müvəqqəti Prezident şurasını, milli polisi və beynəlxalq missiyanı Mirebaledə asayişi bərpa etməyə çağırıblar.

Bundan əvvəl Haitidə yerli quldur dəstələrinin çoxalması səbəbindən fövqəladə vəziyyət elan edilmişdi .