31 mart. TELEQRAF

Rusiyanın "Krasnodar" klubunun kapitanı Eduard Spertsyan karyerasını İtaliya "İnter"ində davam etdirə bilər.

Teleqraf RB Sport-a istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçinin namizədliyini Milan təmsilçisinin xavbeki Henrix Mxitaryan irəli sürüb.

Mxitaryan hesab edir ki, Spertsyan Ermənistan millisində olduğu kimi, "İnter"də də onu əvəzləyə bilər.

Xatırladaq ki, hazırda Rusiya Premyer Liqasının lideri olan "Krasnodar"ın baş məşqçisi əvvəllər "Sabah" komandasına rəhbərlik etmiş Murad Musayevdir. Eduard Spertsyan 27 oyunda 7 qol və 4 məhsuldar ötürmə müəllifi olub. Transfermarkt ona 20 milyon avro qiymət qoyub.