
BAKI, 1 aprel. TELEQRAF
İngiltərə millisinin sabiq hücumçusu Ueyn Runi “Mançester Yunayted”dən “Barselona”ya keçməyə yaxın olub.
Teleqraf xəbər verir ki, bu barədə forvard özü məlumat verib.
Onun sözlərinə görə, illər öncə Kataloniya təmsilçisinin heyətinə keçməyə can atıb: “2010-cu ildə “Mançester Yunayted”dən məni transferə çıxarmalarını xahiş etdim. Həmin vaxt mənimlə üç klub maraqlandı – “Çelsi”, “Real Madrid” və “Barselona”. Mən ən çox “Barsa” ilə ünsiyyət qururdum. Özümü Messi, İnyesta, Xavi, Buskets kimi ulduzlarla bir komandada təsəvvür edirdim. Son anda transfer baş tutmadı və Mançesterdə qaldım. Amma həmin vaxtlar “Barselona” hamının oynamaq istədiyi inanılmaz bir komanda idi”.