BAKI, 30 mart. TELEQRAF

Azərbaycan Premyer Liqasında XXVIII turun son oyununda üz-üzə gələcək "Zirə" və "Şamaxı" komandalarının start heyətləri açıqlanıb.

Teleqraf-ın məlumatına görə, qonaq komandanın baş məşqçisi Ayxan Abbasov və hücumçusu Brahim Konate bu görüşü buraxmalı olacaq.

Səbəb hər iki şəxsin sarı vərəqə limitini aşmasıdır. Abbasovun yoxluğunda "Şamaxı"ya texniki zonadan tapşırıqları köməkçisi Elnur Çodarov verəcək.

Konate isə komandanın ən məhsuldar oyunçusudur. Fransalı yarımmüdafiəçi bu mövsüm çempionatda 6 qol vurub.

Qeyd edək ki, Zirə İdman Kompleksinin stadionunda keçiriləcək görüş saat 18:00-da başlanacaq.