
BAKI, 1 aprel. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı bir sıra açıqlamalar verib.
Teleqraf xəbər verir ki, o, Kiyevi alyansa daxil etmək niyyətində olmadığını bildirib.
Ağ Ev rəhbərinin fikrincə, Ukrayna münaqişəsi ölkənin NATO-ya üzv olmaq istəyinə görə başlaya bilərdi.
ABŞ prezidenti bunu Ağ Evdə jurnalistlərlə söhbəti zamanı deyib.
O, həmçinin Kiyevlə nadir torpaq metalları sövdələşməsinə də toxunub.
Jurnalistlər sazişin Ukraynanın NATO-ya üzvlüyü müqabilində bağlana biləcəyi barədə soruşublar. Prezident bunu inkar edib.