BAKI, 1 aprel. TELEQRAF

Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) tanınmış nümayəndəsi Burhan Abiş dünyasını dəyişib.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş sosial media hesabında məlumat verib.

Onun sözlərinə görə, 79 yaşlı siyasətçi müalicə aldığı Kocaeli xəstəxanasında vəfat edib.

AKP üzvü Ulaşlı bələdiyyəsinin sabiq sədri olub.

Qeyd edək ki, B.Abişı müalicə aldığı xəstəxanada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da ziyarət etmişdi.