BAKI, 31 mart. TELEQRAF

İtaliya A Seriyasının 30-cu turunda “Napoli” öz meydanında “Milan”ı məğlub edib – 2:1.

Teleqaf xəbər verir ki, matçda hesabı 2-ci dəqiqədə “Napoli”nin futbolçusu Matteo Politano açıb. 19-cu dəqiqədə belçikalı hücumçu Romelu Lukaku meydan sahiblərinin üstünlüyünü iki topa çatdırıb.

84-cü dəqiqədə “Milan”ın serbiyalı hücumçusu Luka Yoviç fərqi azaltsa da, qanaqların bundan artığına gücü çatmayıb. Oyunun 69-cu dəqiqəsində “Milan”ın hücumçusu Santyaqo Ximenes penaltini qola çevirə bilməyib.

“Napoli” turnir cədvəlində ikinci yerdədir. Antonio Kontenin komandası 64 xal toplayıb. Uğursuz mövsüm keçirən “Milan” 47 xalla 9-cu yerdə mövqe tutur. A seriasının lideri “İnter”in hesabında 67 xalı var.