
BAKI, 1 aprel. TELEQRAF
Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq sədri Hikmət Çətinin səhhətində problem yaranıb.
Teleqraf haber7.com saytına istinadən xəbər verir ki, Türkiyənin tanınmış siyasətçisi İzmirdə oteldə qaldığı zaman qəfildən halı pisləşib.
Dərhal xəstəxanaya aparılan H.Çətinin beynində qan laxtalandığı məlum olub. Bir müddət xəstəxanada müalicə alan 88 yaşlı sabiq CHP liderinin səhhətinin yaxşı olduğu bildirilir.
Qeyd edək ki, H.Çətin Xarici işlər naziri və Baş nazirin müavini vəzifələrində çalışıb.