
BAKI, 1 aprel. TELEQRAF
Pakistan Myanmaya 70 tona yaxın humanitar yardım göndərəcək.
Teleqraf "Geo TV"yə istinadən xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif məlumat verib.
Dövlət başçısının sözlərinə görə, yardım 48 saat ərzində iki təyyarə ilə Myanmaya çatdırılacaq.
Yada salaq ki, martın 28-də Myanmada hər birinin maqnitudası 7,7 bal olan bir neçə güclü zəlzələ baş verib.