
TOVUZ, 28 mart. TELEQRAF
"Turan Tovuz" və "Qarabağ" komandaları arasındakı Azərbaycan Premyer Liqasının XXVIII tur matçı 1 dəqiqəlik sükutla başlayıb.
Teleqraf xəbər verir ki, qarşılaşmanın start fitindən əvvəl hər iki kollektiv AFFA-nın sabiq baş katibi Çingiz İsmayılovun xatirəsini anıblar.
Mərhumun xatirəsi turun digər oyunlarında da anılacaq.
Bundan başqa, futbolçuların iftar vaxtına təsadüf etdiyi üçün oyunun start fiti nəzərdə tutulduğu vaxtdan 5 dəqiqə gec - saat 19:35-də səsləndirilib.