BAKI, 1 aprel. TELEQRAF

İsrailin Qəzza zolağının cənubunu bombalaması nəticəsində bir ailənin 5 üzvü həlak olub.

Teleqraf xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Xəbərə görə, Xan Yunis şəhərində yaşayış binasına endirilən hava zərbəsi nəticəsində yerli “Əl-Əqsa” radiostansiyasının jurnalisti, onun həyat yoldaşı və üç uşağı ölüb.

İsrailin Qəzza zolağına endirdiyi zərbələr zamanı son 24 saatda 34 nəfərin öldüyü də bildirilir.