BAKI, 18 mart. TELEQRAF

"Çox təəssüf ki, Uruqvay və Braziliyaya qarşı çox vacib oyunları buraxmalı olacağam".

Teleqraf xəbər verir ki, bunu ABŞ-ın "İnter Mayami" klubunun futbolçusu Lionel Messi Argentina milli komandasında oynamasına imkan verməyən zədəsi barədə açıqlamasında deyib.

"Oynamağı çox istəyirdim, lakin kiçik zədə üzündən yığmanın düşərgəsinə yollana bilmirəm", - söyləyən 38 yaşlı hücumçu hər bir argentinalı azarkeş kimi komandasının kənardan dəstəkləyəcəyini vurğulayıb: "İrəli, Argentina!"

"İnter Mayami"dən isə bildirilib ki, Messi MRT müayinəsindən keçib. Müayinə futbolçunun adduktor əzələsində kiçik zədənin olduğunu təsdiqləyib. Klub hələlik futbolçunun növbəti matçlarda oynayacağını bilmədiyini açıqlayıb.

Təcrübəli forvard "İnter Mayami"nin səfərdə "Atlanta Yunayted"ə 2:1 hesabı ilə qalib gəldiyi MLS qarşılaşmasının 20-ci dəqiqəsində qol vursa da, özünü narahat hiss edib.

Qeyd edək ki, Lionel Messi Argentina millisinin 2026-cı il dünya çempionatının seçmə mərhələsində Uruqvay və Braziliyaya qarşı keçirəcəyi oyunların iştirak ərizəsindən kənarda qalıb.