BAKI, 18 mart. TELEQRAF

Ermənistana qaz təchizatı müvəqqəti dayandırılıb.

Teleqraf xəbər verir ki, bunu “Qazprom Ermənistan” şirkəti açıqlayıb.

Məlumata görə, Ermənistana təbii qazın verilməsi texniki xidmət işləri ilə əlaqədar müvəqqəti dayandırılıb. Qaz təchizatı martın 18-i saat 09:00-dan 18:00-dək Şimali Qafqaz–Cənubi Qafqaz magistral qaz kəmərinin Qazax-Saquramo hissəsində aparılan təcili təmir işləri səbəbindən dayandırılacaq.

Şirkət bildirib ki, Ermənistanın daxili ehtiyatları və İrandan əlavə qaz həcmlərinin tədarükü istehlakçılara fasiləsiz qaz verilməsini təmin edəcək.