
BAKI, 17 mart. TELEQRAF
Argentina milli komandasının DÇ-2026-nın seçmə mərhələsində Uruqvay və Braziliya yığmaları ilə keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.
Teleqraf xəbər verir ki, 26 futbolçudan ibarət siyahıda ABŞ-nin “İnter Mayami” klubunun hücumçusu Lionel Messi yer almayıb. 37 yaşlı forvardın baldır nahiyəsindən zədələndiyi bildirilir.
Qeyd edək ki, Argentina martın 22-də səfərdə Uruqvayla, martın 26-da evdə Braziliya ilə qarşılaşacaq.