BAKI, 18 mart. TELEQRAF
Azərbaycanda bu ilin yanvar-fevral aylarında 800 min ədəd tibbi maska istehsal edilib.
Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 33,3 faiz çoxdur.
2024-cü ilin yanvar-fevral aylarında 600 min ədəd tibbi maska istehsal edilmişdi.
Komitənin məlumatına görə, martın 1-nə hazır tibbi maska ehtiyatı 6,9 milyon ədəddir.