BAKI, 17 mart .TELEQRAF

İspaniya La Liqasında XXVII turun təxirə salınmış “Barselona” – “Osasuna” oyununun yeni tarixi açıqlanıb.

Teleqraf İspaniya Kral Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanın martın 27-də keçirilməsi planlaşdırılır.

Martın 8-də baş tutmalı olan oyun Kataloniya klubunun həkimi vəfat etdiyi üçün təxirə salınıb.

Qeyd edək ki, hazırda "Barselona" 60 xalla La Liqanın lideridir. 33 xala malik "Osasuna" 14-cü pillədə qərarlaşıb.