
BAKI, 17 mart. TELEQRAF
Özbəkistan milli komandasının təlim-məşq toplanışı üçün paytaxt Daşkəndə yollanan İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Abdukodir Xusanova dəbdəbəli hədiyyə verilib.
Teleqraf "Vesti.kz" saytına istinadən xəbər verir ki, 21 yaşlı müdafiəçiyə “Mercedes-Benz G-Class” markalı avtomobil verilib.
“Gelandevagen” kimi tanınan lüks yolsuzluq avtomobilinin qiyməti 350 min dollar dəyərindədir. Xusanovun bahalı maşını atasına verdiyi bildirilir.
Özbəkistan milli komandası DÇ-2026-nın seçmə mərhələsində martın 20-də Qırğızıstanla, martın 25-də isə İranla qarşılaşacaq.
Qeyd edək ki, Abdukodir Xusanov qış transfer pəncərəsində 40 milyon avro qarşılığında Fransa "Lans"ından "Mançester Siti"yə keçib. O, "şəhərlilər"lə meydana çıxdığı 8 oyunda 1 qolla yadda qalıb.