BAKI, 18 mart. TELEQRAF

Qatar ümumi istifadəli dəmir yollarında saatda 20 kilometrdən, qeyri-ümumi dəmir yollarında isə saatda 15 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidir.

Teleqraf xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin təsdiqlədiyi “Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimat”da qeyd edilib.

Keçid işıqforunun qadağanedici göstəricisi, həmçinin aydın olmayan göstəricisi və ya sönük vəziyyəti ilə bağlı tapşırıq da Təlimatda əks olunub. Belə ki, blok-sahə üzrə sonrakı hərəkət zamanı lokomotiv işıqforunda sarı və ya yaşıl işıq göründükdə, qatarın maşinisti sürəti saatda 40 kilometrədək artıra və növbəti işıqforadək xüsusi sayıqlıqla hərəkət edə bilər.