BAKI, 17 mart. TELEQRAF

Meksikanın "Monterrey" klubunun məşhur futbolçusu Serxio Ramos yeni komandasında ilk qırmızı vərəqəsini alıb.

Teleqraf xəbər verir ki, 39 yaşlı müdafiəçi ölkə çempionatının XII turunda səfərdə "Pumas"a 3:1 hesabı ilə qalib gəldikləri oyunun 90+1 dəqiqəsində rəqibinin arxasına təpik vurub.

Buna görə də təcrübəli oyunçu meydandan qovulub.

Qeyd edək ki, Serxio Ramos "Monterrey"ə bu ilin fevralında keçib. O, Meksika klubunun heyətində 5 oyunda 3 qol müəllifi olub.