
BAKI, 18 mart. TELEQRAF
2025-ci ilin yanvar-fevral aylarında Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin ümumi həcmi 47,8% artaraq 1,34 milyard dolları üstələyib.
Teleqraf Dövlət Gömrük Komitəsinin hesabatına əsasən xəbər verir ki, MDB ölkələrinə ixrac 231,4 milyon dollar (3,6% artım), MDB ölkələrindən Azərbaycana idxal isə 1,11 milyard dollar (62,3% artım) təşkil edib.
Cari ilin ilk iki ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində MDB ölkələri ilə ticarətin payı 15,1% təşkil edib ki, bu da bir il öncəki dövrün göstəricisindən 2,52 faiz bəndi çoxdur.