
BAKI, 18 mart. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenskinin köməkçiləri ABŞ Prezidenti Donald Trampın Odessanın Rusiyaya verilməsinə razılıq verə biləcəyindən ehtiyatlanır.
Teleqraf xəbər verir ki, bu barədə "The New York Times" qəzetində yazı dərc olunub.
Məlumata görə, Tramp çərşənbə axşamı Rusiya Prezidenti Vladimir Putinlə gözlənilən telefon danışığında ərazi məsələsini müzakirə edəcəyini bildirib.
ABŞ lideri konkret hansı bölgələr barədə danışıq olacağını dəqiqləşdirməsə də, Ağ Ev Rusiyanın artıq nəzarətində olan əraziləri saxlayacağı ehtimalını irəli sürüb.
Zelenskinin köməkçiləri isə ötən ay Trampın Putinin tələblərinə, o cümlədən strateji əhəmiyyətli Odessa limanı ilə bağlı güzəştə gedə biləcəyindən narahat olduqlarını bildiriblər.
Nəşr qeyd edir ki, Rusiya Krımı mütləq əlində saxlayacaq. Daha əvvəl Semafor portalı mənbələrə istinadən xəbər vermişdi ki, Tramp administrasiyası Krımın Rusiya ərazisi kimi tanınmasını Ukrayna münaqişəsinin sülh yolu ilə həlli razılaşmasının bir hissəsi kimi nəzərdən keçirir.